Bank Of Baku

Mətbuat Şurası “Qiymət artımı və qəzetlər” mövzusunda konfrans keçirəcək

Mətbuat Şurası “Qiymət artımı və qəzetlər” mövzusunda konfrans keçirəcək
# 11 yanvar 2007 11:56 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası (MŞ) “Qiymət artımı və qəzetlər” mövzusunda konfrans keçirəcək. Bu barədə APA-ya MŞ-dən məlumat verilib. Qurumdan bildirilib ki, enerji daşıyıcılarının və kommunal xidmətlərin qiymətlərinin artımı mətbuatı da dilemma qarşısında qoyub. Artıq KİV-də qəzetlərin qiymətlərinin artırılması barədə müzakirələr aparılır. MŞ bütün bu narahatlıqları və məsələ ilə əlaqədar ortaq məxrəcə gəlmək niyyətlərini nəzərə alaraq sabah “Qiymət artımı və qəzetlər” mövzusunda konfrans keçirəcək. MŞ üzvlərinin, nəşriyyatların, yayım şirkətlərinin və müxtəlif KİV rəhbərlərinin iştirak edəcəyi tədbirdə mövzu ətrafında geniş müzakirələr aparılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR