Bank Of Baku

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti sabah Rusiyaya gedəcək

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti sabah Rusiyaya gedəcək
# 11 yanvar 2007 12:00 (UTC +04:00)
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (XÖYAİDK) nümayəndə heyəti sabah Rusiya Federasiyasına yola düşəcək. Bu barədə APA-ya XÖYAİDK-nin birinci ərazi dairəsinin rəisi Şakir Səlimov məlumat verib. Onun sözlərinə görə, komitə əməkdaşları Rusiyada “Miqrasiya haqqında” qanunun tətbiqi ilə əlaqədar soydaşlarımıza yardım etmək məqsədi ilə yaradılan qərargahlara texniki inventarlar aparacaq. Ş. Səlimov, həmçinin yanvarın 13-də Rusiyada ticarət fəaliyyəti ilə məşğul olan soydaşlarımızın problemlərinin öyrənilməsi və həll edilməsi üzrə Dövlət Komissiyasının iclasının keçiriləcəyini, həmin iclasda komissiyanın nümayəndə heyətinin bu ölkəyə ezam edilməsi ilə bağlı qərar veriləcəyini deyib. Dövlət komitəsinin nümayəndəsi soydaşlarımızın ümumvətəndaş pasportları ilə təmin edilməsi üçün iki gün əvvəl Daxili İşlər Nazirliyinin iki əməkdaşının Moskvaya ezam edildiyini, bu gün isə qurumun daha iki əməkdaşının Sankt-Peterbruqa göndəriləcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR