Bank Of Baku

Lənkəranda güclü yanğın baş verib

Lənkəranda güclü yanğın baş verib
# 11 yanvar 2007 12:32 (UTC +04:00)
Yanvarın 10-da gecə saatlarında Lənkəran şəhərinin Qala ərazisində yerləşən 6 saylı orta məktəbdə güclü yanğın baş verib. Bir neçə saat davam edən yanğın məktəbin bir neçə sinif otağını, dam örtüyünü və çardağın əsas hissəsini yararsız hala salıb. APA-nın Cənub bürosunun məlumatına görə, məktəb Fövqəladə Hallar Nazirliyinin Lənkəran şəhər Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin (DYTX) yaxınlığında olduğundan yanğınsöndürənlər dərhal işə başlayaraq 40 dəqiqə ərzində yanğını ram edə biliblər. DYTX-dən bildirilib ki, yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub. Hadisə yerinə gedən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov dəymiş ziyanla maraqlanıb və aidiyyəti qurumlara məktəbin yanıb sıradan çıxmış sinif otaqlarının tez bir zamanda tədrisə yararlı hala salınması barədə tapşırıq verib. Qeyd edək ki, yanğın nəticəsində məktəbin tədris korpusunun 90 kv metrlik sahəsi tamamilə yararsız vəziyyətə düşüb. 1940-cı ildə inşa edilən bu ümumtəhsil müəssisəsinin tikintisində əsasən ağac materiallarından istifadə olunması səbəbindən alov tez bir zamanda binanın hər iki mərtəbəsini bürüyüb. Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR