Bank Of Baku

Ötən il Gəncə şəhər narkoloji dispanserində 29 narkotik maddə istifadəçisi qeydiyyata alınıb

Ötən il Gəncə şəhər narkoloji dispanserində 29 narkotik maddə istifadəçisi qeydiyyata alınıb
# 11 yanvar 2007 12:42 (UTC +04:00)
2006-cı ildə Gəncə şəhər narkoloji dispanserində 29 nəfər narkotik maddə istifadəçisi qeydiyyata alınıb. 25-40 yaş qrupuna daxil olan bu narkomanlardan 3 nəfəri qadındır. Gəncə şəhər narkoloji dispanserində ümumilikdə 338 nəfər narkotik maddə istifadəçisi qeydiyyatdadır. Təxmini araşdırmalara əsasən, Gəncə şəhər narkoloji dispanserində qeydiyyata alınmış narkotik maddə istifadəçilərinin sayı qeydiyyatda olmayan narkotik maddə istifadəçilərinin çox az faizini təşkil edir. Gəncə şəhər narkoloji dispanserin baş həkimi Sahil İsmayılov APA-nın Qərb bürosuna açıqlamasında narkomanların qeydiyyata düşmək istəməməsini psixoloji problemlərlə əlaqələndirib. “Cəmiyyətdə narkotik vasitələr istifadə edənlərə qarşı mənfi təsəvvürlər olduğuna görə belə şəxslərdə təcrid olunma qorxusu yaranır. Sonralar onlar vəziyyətləri ağırlaşanda belə bunu həkimlərə, hətta yaxınlarına belə deməyə çəkinirlər. Bu kimi səbəblər onları müayinədən çəkindirir”. Qeyd edək ki, Gəncə şəhər narkoloji dispanserində müayinə olunan xəstələrə göstərilən psixoloji və digər növ tibbi xidmətlər pulsuzdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR