Bank Of Baku

Tapança ilə bir nəfəri qətlə yetirən, bir nəfəri isə ağır yaralayan şəxs hadisə yerindən qaçıb

Tapança ilə bir nəfəri qətlə yetirən, bir nəfəri isə ağır yaralayan şəxs hadisə yerindən qaçıb
# 11 yanvar 2007 13:14 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Ş.Nəbiyev onları aralaşdırmaq istəyən İntiqam Salayevə də bir güllə ataraq, ona sağ ayağından ağır xəsarəti yetirib. Hadisədən sonra o, “VAZ-2107” markalı 10 OE 609 dövlət nömrə nişanlı şəxsi avtomobili ilə hadisə yerindən qaçıb. İ.Salayev ağır vəziyyətdə Travmatologiya Xəstəxanasına aparılıb. Qaradağ rayon prokuroru Tariyel Qurbanov APA-ya bildirib ki, Ş.Nəbiyevlə Ə.Quliyev yaxın dost olublar. Hadisədən qabaq kafedə yeyib-içən dostlar arasında mübahisə düşüb. Prokurorun sözlərinə görə, Ş.Nəbiyev hələlik saxlanılmayıb. Onun tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır. Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR