Bank Of Baku

Surət Hüseynovun silahlı dəstəsində fəaliyyət göstərmiş Elçin Babayevin məhkəməsi başlayacaq

Surət Hüseynovun silahlı dəstəsində fəaliyyət göstərmiş Elçin Babayevin məhkəməsi başlayacaq
# 11 yanvar 2007 13:41 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Məmmədbağır Zeynalovun sədrliyi ilə 1994-95-ci illərdə sabiq baş nazir Surət Hüseynovun dəstəsində fəaliyyət göstərən və həmin illər ərzində kütləvi iğtişaşlarda iştirak edən Elçin Babayevin məhkəməsi başlayacaq. Bu barədə APA-ya hakim Məmmədbağır Zeynalov məlumat verib. M. Zeynalov bildirib ki, yanvarın 19-da iş üzrə hazırlıq iclası keçiriləcək.
İttiham aktına görə, Elçin Babayev Surət Hüseynov, onun qohumu Kəramət Kərimov və digərlərinin rəhbərliyi ilə “Şəhid Ailələrinin Nicat Müdafiə Komitəsi” adı altında silahlı qruplaşma yaradılmasında iştirak edib. Həmin silahlı birləşmə ordu sıralarını özbaşına tərk edən hərbçilərdən təşkil olunub və burada xidmətə görə yüksək məbləğdə pul verilib. E. Babayev həmin qruplaşmanın hərbi əməliyyatlarda iştirak etmədiyini bildiyi halda 1994-cü ilin yayında qrupda fəaliyyət göstərməyə başlayıb. O, həmin vaxtdan avtomatla silahlanaraq K. Kərimovun qanunsuz göstərişlərini yerinə yetirib. E. Babayev bir sıra ağır cinayətlər törətdiklərinə görə hazırda cəza çəkən Namiq Musayev, Elşən Quliyev, Zaur Fərzəliyev, Zahid Eyvazov və digərləri ilə birlikdə K. Kərimovu və silahlı birləşmənin iqamətgahını mühafizə edib. 1994-cü il oktyabrın 4-də hakimiyyəti ələ keçirmək cəhdinin qarşısı dövlət tərəfindən alındıqdan sonra E. Babayev 1995-ci il yanvarın 18-də qanunsuz gəzdirdiyi avtomat silahı Gəncə şəhər Nizami rayon Polis Şöbəsinə təhvil verib. 1995-ci ildən barəsində axtarış elan olunan E. Babayev ötən il oktyabrın 4-də yaxalanıb. Bundan sonra onun barəsində Cinayət Məcəlləsinin 279-cu maddəsi (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma) ilə başlanmış cinayət işinin istintaqı təzələnərək istintaq hərəkətləri davam etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR