Bank Of Baku

Yeni doğulan körpəni anasından gizlədərək satan tibb bacısının məhkəməsi olacaq

Yeni doğulan körpəni anasından gizlədərək satan tibb bacısının məhkəməsi olacaq
# 11 yanvar 2007 13:54 (UTC +04:00)
İnsan alverində (Cinayət Məcəlləsinin 144-1.2.3-cü maddəsi) təqsirləndirilən tibb bacısı Ofeliya Səfərova barəsindəki cinayət işi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib. Məhkəmədən APA-ya verilən məlumata görə, cinayət işi baxılmaq üçün hakim Nüşabə Ağayevanın icraatına verilib. Cinayət işinin materialları hakimə yeni verildiyindən iş üzrə hazırlıq iclasının vaxtı hələlik müəyyənləşdirilməyib. Qeyd edək ki, O. Səfərova ilə bərabər “Zibaxanım” Klinikasının baş həkimi Zibaxanım Əsgərova da bu cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Baş həkim Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham olunur. İttiham aktına görə, O. Səfərova klinikada Tatyana Leonidova adlı qadının doğumunu təşkil edib. Ona uşağının ölü doğulduğunu deyən tibb bacısı sonradan həmin uşağı 1000 ABŞ dollarına bir Azərbaycan vətəndaşına satıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR