Bank Of Baku

Azər Putinə qarşı terrorçuluq ittihamı irəli sürülüb

Azər Putinə qarşı terrorçuluq ittihamı irəli sürülüb
# 11 yanvar 2007 14:13 (UTC +04:00)
Rusiyanın Kirov vilayətinin hökumət binasında özünü yandırmaq istəyən Azər Şövkət oğlu Putinə qarşı terrorçuluq ittihamı irəli sürülüb. APA-nın məlumatına görə, hadisə ötən ilin sonlarında, yeni il ərəfəsində baş verib. Kirov vilayətinin qubernatoru Nikolay Şakleinin qəbuluna düşmək istəyən sahibkar Azər Putinə qubernatorun iş yerində olmadığı bildirilib. Buna inanmayan iş adamı qubernatorun qəbuluna buraxılmasa, özünü yandıracağını deyib. Müsbət cavab almayan A. Putin özü ilə gətirdiyi 8 litr benzini üstünə tökməyə başlayıb. Ancaq milislər dərhal onu yaxalayaraq psixiatrik xəstəxanaya aparıblar. Hüquq-mühafizə orqanları A. Putinin sağlam olmadığını bildirsələr də, ona terrorçuluq maddəsi ilə ittiham irəli sürülüb. İş adamına ya həbs, ya da psixiatrik xəstəxanada məcburi müalicə cəzası veriləcək. Qeyd edək ki, milliyyətcə azərbaycanlı olan Azər 10 il əvvəl Rusiyaya yollanıb və bu ölkədə bizneslə məşğul olub. O, sonradan Rusiya prezidentinin soyadını qəbul edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR