Bank Of Baku

Nijeqorodskda skinhedlər azərbaycanlıları hədələyir

Nijeqorodskda skinhedlər azərbaycanlıları hədələyir
# 11 yanvar 2007 15:16 (UTC +04:00)
Rusiyanın Nijeqorodsk vilayətində skinhedlər azərbaycanlılara hədələyici SMS-lər göndərirlər. APA-nın məlumatına görə, bunu Nijeqorodsk Vilayəti Müsəlmanlarının Dini İdarəsindən bildiriblər. SMS-lər vilayətin Balaxna şəhərində baş vermiş kütləvi dava zamanı zərər çəkmiş azərbaycanlıdan oğurlanan telefonla göndərilir. Azərbaycan icmasının nümayəndələri artıq məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinə məlumat veriblər. Xatırladaq ki, yanvarın 6-da Balaxna şəhərində 30 nəfərdən ibarət skinhed qrupu yerli bazarda işləyən azərbaycanlılara hücum edib. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR