Bank Of Baku

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti Vüqar İsmayılov və digərlərinin məhkəməsi başlayıb

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti Vüqar İsmayılov və digərlərinin məhkəməsi başlayıb
# 11 yanvar 2007 15:22 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Sahibxan Mirzəyevin sədrliyi ilə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti Vüqar İsmayılov və digərlərinin işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən Telman Süleymanov sərbəst ifadə verib. Proses yanvarın 19-da digər təqsirləndirilənlər Vüqar İsmayılov və Rauf Abdullayevin ifadələri ilə davam etdiriləcək.
Qeyd edək ki, Telman Eldar oğlu Süleymanovun rəhbərlik etdiyi dəstə Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq), 181.3.2 (quldurluq), 228.1 (qanunsuz olaraq odlu silah gəzdirmə), 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunurlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR