Bank Of Baku

Bakıda narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan Rusiya vətəndaşı həbs olunub

Bakıda narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan Rusiya vətəndaşı həbs olunub
# 12 yanvar 2007 11:17 (UTC +04:00)
Səbayel rayon Polis İdarəsinin (RPİ) əməkdaşları Zığ yolu küçəsi, ev 32, mənzil 10-da yaşayan Vaqif Heydaridən 0,223, Sabunçu RPİ-nin əməkdaşları Rusiya vətəndaşı, N. Tusi küçəsi 16, mənzil 112-də yaşayan Sergey Zamanovdan 2,248 qr heroin götürüblər. Bakı Şəhər Baş Polis idarəsindən APA-ya verilən məlumata görə, Nərimanov RPİ-nin əməkdaşları tərəfindən S.Ələsgərov küçəsi, ev 41-də yaşayan əvvəllər məhkum olunmuşlar Oqtay Abbasovdan 0,88 qr tiryək, Samir Həsənovdan 0,22 qr heroin, Nizami RPİ-nin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş İlqar İbrahimovdan 0,74 qr heroin, Yasamal RPİ-nin əməkdaşları tərəfindən isə əvvəllər məhkum olunmuşlar Sabit Nəzərəliyevdən 0,417, Vahid Dadaşovdan isə 0,223 qr heroin götürülüb. Bütün faktlar üzrə cinayət işi başlanıb və istintaq aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR