Bank Of Baku

Ötən ilin sonunda həbs edilmiş “N” saylı hərbi hissənin komandiri Elxan Hüseynovun məhkəməsi keçirilib

Ötən ilin sonunda həbs edilmiş “N” saylı hərbi hissənin komandiri Elxan Hüseynovun məhkəməsi keçirilib
# 12 yanvar 2007 15:49 (UTC +04:00)
Bu barədə APA-ya hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib. Mənbənin məlumatına görə, E.Hüseynov ötən ilin sonunda həbs olunub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib. E.Hüseynovun qərardan verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi bu gün Apellyasiya Məhkəməsində hakim Şahin Yusifovun sədrliyi ilə keçirilib. Şikayətlə bağlı qərar yanvarın 15-də qəbul ediləcək. Qeyd edək ki, ötən il dekabrın 7-də ermənilərin əsir götürdüyü Azərbaycan Ordusunun əsgəri Vüsal Qaracayev həmin hərbi hissədə xidmət edib. V.Qaracayev dekabrın 23-də əsirlikdən azad olunub. Hazırda onun əsir götürülməsi faktı üzrə araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR