Bank Of Baku

BMT-də Azərbaycanın qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasına dair hesabatı dinləniləcək

BMT-də Azərbaycanın qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasına dair hesabatı dinləniləcək
# 15 yanvar 2007 09:08 (UTC +04:00)
Bu gün BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Qadınlara qarşı ayrı-seçkiliyin bütün təzahürlərinin aradan qaldırılması üzrə komitənin 37-ci sessiyası başlayır. Sessiyada Qadınlara qarşı ayrı-seçkiliyin bütün təzahürlərinin aradan qaldırılması haqqında Konvensiyanın tələblərinin yerinə yetirilməsi ilə bağlı Azərbaycan da daxil olmaqla 15 ölkənin hesabatları dinləniləcək. Azərbaycan hökumətinin 2-ci və 3-cü dövri hesabatı yanvarın 23-də dinləniləcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, sessiyada komitənin sədri Hicran Hüseynovanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinin tərkibinə hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri daxildir. H. Hüseynovanın BMT Əhali Fondunun rəhbərliyi, bir sıra ölkələrin nümayəndə heyətlərinin başçıları ilə görüşlər keçirməsi nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR