Bank Of Baku

75 yaşlı Lənkəran sakini özünü yandırıb

75 yaşlı Lənkəran sakini özünü yandırıb
# 15 yanvar 2007 09:17 (UTC +04:00)
Lənkəran rayonunun Bürcəli kəndi yaxınlığındakı meşə massivində yanmış kişi cəsədi tapılıb. APA-nın Cənub bürosunun məlumatına görə, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının nümayəndələri və yerli sakinlər cəsədin Bürcəli kənd sakini, 75 yaşlı Kitabəli Şəfəqqət oğlu Məmmədova məxsus olduğunu müəyyənləşdiriblər. Mərhumun ailə üzvlərinin dediyinə görə, K. Məmmədov meşədən odun gətirmək məqsədilə evdən çıxıb. Gedərkən o, özü ilə balta və kəndir də götürüb. Həmin gün Kitabəli kişi evə qayıtmadığından ailə üzvləri nigaran qalaraq onun axtarışına başlayıblar. Səhəri gün K. Məmmədovun yanmış cəsədi kəndin yaxınlığındakı meşə massivində tapılıb. İlkin araşdırmalar nəticəsində mərhumun üstünə neft tökərək özünə qəsd etməsi qənaətinə gəlinib. Qeyd edək ki, evdən çıxarkən mərhum ailə üzvləri ilə münaqişə edibmiş. Faktla bağlı Lənkəran rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR