Bank Of Baku

4 il əvvəl qətl törətmiş Ağdam sakini həbs olunub

4 il əvvəl qətl törətmiş Ağdam sakini həbs olunub
# 15 yanvar 2007 10:03 (UTC +04:00)
Ağdam rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cü ilin mart ayında baş vermiş qətl hadisəsinin üstü açılıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, rayon sakini Azər Alxanov 2003-cü ilin martında itkin düşüb. Keçirilən əməliyyat nəticəsində onu Zəngişalı kənd sakini Loğman Kərimovun küt alətlə qətlə yetirdiyi, meyitini isə kəndin yaxınlığında basdırdığı müəyyənləşdirilib. L.Kərimov artıq həbs olunub. Məlum olub ki, hadisə qısqanclıq zəminində törədilib. Faktla bağlı cinayət işi başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR