Bank Of Baku

Ağcabədi icra başçısının müavini: “Ağcabədidə 20 Yanvar abidəsinin sökülməsi ilə bağlı deyilənlərin əsası yoxdur”

Ağcabədi icra başçısının müavini: “Ağcabədidə 20 Yanvar abidəsinin sökülməsi ilə bağlı deyilənlərin əsası yoxdur”
# 17 yanvar 2007 13:40 (UTC +04:00)
“Ağcabədidə 20 Yanvar abidəsinin sökülməsi ilə bağlı deyilənlərin əsası yoxdur. Yalnız Böyük Vətən Müharibəsinin qurbanlarının xatirəsinə ucaldılmış abidənin yeri dəyişdiriləcək. Həm 20 Yanvar, həm Qarabağ şəhidləri, həm də Böyük Vətən Müharibəsinin qurbanları üçün abidə kompleksi hazırlanır. Ona görə də bu abidələrin bir ərazidə ucaldılması işi gedir, bu iş artıq 3 aydır ki, başlayıb. Artıq proses yekunlaşmaq üzrədir”. Bunu APA-ya açıqlamasında Ağcabədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Hüseynov deyib. Onun sözlərinə görə, bu il 20 Yanvar şəhidlərinin xatirəsi yeni abidənin önündə yad ediləcək. 20 yanvar günü həm də abidənin açılışı olacaq.
Qeyd edək ki, Azərbaycan Demokrat Partiyasının Ağcabədi rayon təşkilatının sədri Tofiq Cəfərov APA-ya açıqlamasında 20 Yanvar faciəsinin qurbanları üçün ucaldılmış abidə və Şəhidlər Xiyabanının rayonun icra başçısının tapşırığı ilə söküldüyünü deyib. Təşkilat sədri buna etiraz olaraq müxalifət partiyalarının yerli təşkilatlarının yanvarın 22-də icra hakimiyyətinin binası qarşısında mitinq keçirəcəyini də deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR