Bank Of Baku

İqtisadi İnkişaf Nazirliyinin sabiq departament rəhbəri Əlihüseyn Şaliyevin ölümü ilə bağlı istintaq yekunlaşmaq üzrədir

İqtisadi İnkişaf Nazirliyinin sabiq departament rəhbəri Əlihüseyn Şaliyevin ölümü ilə bağlı istintaq yekunlaşmaq üzrədir
# 17 yanvar 2007 14:05 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığın İnkişafı Departamentinin sabiq rəhbəri Əlihüseyn Şaliyevin ölümü ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşmaq üzrədir. Bu barədə APA-ya Respublika Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, ilkin istintaq müddəti noyabrın 24-də başa çatsa da, istintaq işini yekunlaşdırmadığından, 2 ay müddətinə uzadılmışdı. Yanvarın 24-də bu iş üzrə istintaqın yekunlaşdırılması nəzərdə tutulub. Prokurorluqdan bildirilib ki, keçirilən ekspertizalar zamanı hadisə yerindən tapılan məktubların mərhumun özü tərəfindən yazıldığı təsdiqlənib. Ə. Şaliyev məktubunda ölümündə kənar şəxslərin təqsirinin olmadığını qeyd edib.
Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda, təkrar rüşvət alma və digər ağır cinayətlərdə təqsirləndirilərək barəsində həbs-qətimkan tədbiri seçilən Ə. Şaliyev ötən il avqustun 5-də “Sol tərəfli residiv qasıq-xaya yırtığı” diaqnozu ilə saxlanıldığı Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə göndərilib. Avqustun 9-da onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Avqustun 24-də isə Ə. Şaliyev birdəfəlik istifadə üçün nəzərdə tutulan ülgüclə sağ və sol qolunun damarlarını kəsməklə özünə qəsd edib. Fakt üzrə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəllənin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR