Bank Of Baku

“N” saylı hərbi hissənin keçmiş zabiti və onun tabeliyində olmuş əsgərlərin işi üzrə məhkəmə yekunlaşmaq üzrədir

“N” saylı hərbi hissənin keçmiş zabiti və onun tabeliyində olmuş əsgərlərin işi üzrə məhkəmə yekunlaşmaq üzrədir
# 24 yanvar 2007 09:15 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Camal Ramazanovun sədrliyi ilə “N” saylı hərbi hissənin keçmiş zabiti Ədalət Əzizov və onun tabeliyində olmuş 6 əsgərin işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. Məhkəmədən APA-ya verilən məlumata görə, yanvarın 31-də dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyəcək.
İttiham aktına görə, təqsirləndirilən 6 əsgər 2005-ci ildən başlayaraq hərbi hissədə əsgər yoldaşlarından birini mütəmadi döyərək onu özünü öldürmə həddinə çatdırıblar. Həmin əsgər ötən il avtomat silahla özünü vuraraq intihar edib.
Qeyd edək ki, baş leytenant Ədalət Əzizov Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 331.2-ci, 331.3-cü (hərbi qulluqçunu təhqir etmə, döymə və işgəncə vermə) və 341.2.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda), əsgərlər Kamal Salamov, Elyar Bağırov, Cavid Cəbrayılov, Eldəniz Teymurov, Rza Məmmədyarov, Babək Dəmirov Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 331.2-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və işgəncə vermə), 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) və 182.2.3-ci (zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunurlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR