Bank Of Baku

Təhsil Nazirliyi “Təhsil haqqında” qanun layihəsinə dair rəy hazırlayıb

Təhsil Nazirliyi “Təhsil haqqında” qanun layihəsinə dair rəy hazırlayıb
# 24 yanvar 2007 09:25 (UTC +04:00)
Təhsil Nazirliyi dekabrın sonunda Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyası tərəfindən təqdim edilmiş “Təhsil haqqında” qanun layihəsinin öyrənilməsini başa çatdırıb. Bunu APA-ya nazirliyin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev deyib. Onun sözlərinə görə, artıq layihə barədə rəy hazırdır və sənədin nazirlikdə Milli Məclisin Elm və təhsil komissiyasının sədri Şəmsəddin Rəhimovla müzakirəsi nəzərdə tutulub. Bəzi dəyişiklik təklifləri irəli sürdüklərini bildirən İ. Mustafayev layihəyə prinsipial iradlarının olmadığını vurğulayıb. Təkliflər isə daha çox redaktə xarakterlidir və bəzi bəndlərin birləşdirilməsi, yerinin dəyişdirilməsi və s. ilə bağlıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR