Bank Of Baku

Zaqatalanın Yuxarı Çardaqlar kəndində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin “İcma İnkişaf Fəailiyyəti” Proqramı çərçivəsində həyata keçirilən iki layihənin açılış mərasimi keçirilib

Zaqatalanın Yuxarı Çardaqlar kəndində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin “İcma İnkişaf Fəailiyyəti” Proqramı çərçivəsində həyata keçirilən iki layihənin açılış mərasimi keçirilib
# 24 yanvar 2007 10:37 (UTC +04:00)
Bu gün Zaqatala rayonunun Yuxarı Çardaqlar kəndində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin “İcma İnkişaf Fəailiyyəti” (BİA İİF) Proqramı çərçivəsində həyata keçirilən iki layihənin açılış mərasimi keçirilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, mərasimdə rayon icra hakimiyyətinin nümayəndələri, kənd sakinləri və BİA İİF-in şimal-qərb regionu üzrə Proqram Əməliyyatının rəhbəri Gülrux Orucova iştirak ediblər.
Zaqatala rayon Yuxarı Çardaqlar kənd bələdiyyəsinin sədri Həsən Qurbanov bildirib ki, bu layihələr çərçivəsində Yuxarı Çardaqlar kəndinə içməli su xətti çəkilib və kənd məktəbi əsaslı təmir edilib: “Kənd məktəbinin bərpası və əsaslı təmiri üçün 14 min AZN məbləğində pul xərclənib. Bu məbləğin 7200 AZN-i BİA İİF-nin, 2000 AZN-i rayon icra başçısının köməkliyi sayəsində, qalan 4800 AZN kənd bələdiyyəsinin və kənd sakinlərinin maddi imkanları hesabına başa gəlib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR