Bank Of Baku

Beynəlxalq Universitetin prorektoru Mahir Abdullayevin itkin düşməsi ilə bağlı aparılan istintaq hələlik nəticə verməyib

Beynəlxalq Universitetin prorektoru Mahir Abdullayevin itkin düşməsi ilə bağlı aparılan istintaq hələlik nəticə verməyib
# 24 yanvar 2007 10:38 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq davam etdirilir. Bu barədə APA-ya Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev məlumat verib. V. Əliyev bildirib ki, aparılan istintaq-əməliyyat tədbirləri hələlik nəticə verməyib. İstintaq ABU-nun prorektorunun öldürüldüyü və ya itkin düşdüyünü müəyyənləşdirə bilməyib. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində ABU ilə bağlı başlanmış cinayət işinin istintaqının da davam etdiyini söyləyən V. Əliyev bu işlə bağlı hələlik heç kimin cinayət məsuliyyətinə cəlb olunmadığını vurğulayıb. Qeyd edək ki, cinayət işi universitetdə rüşvət faktları və qanunsuz tələbə köçürmələri ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə vətəndaşlardan daxil olan müraciətlərdən sonra açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR