Bank Of Baku

2006-cı ildə yaxınlarının və sənədlərinin axtarılması üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinə 218 nəfər müraciət edib

2006-cı ildə yaxınlarının və sənədlərinin axtarılması üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinə 218 nəfər müraciət edib
# 24 yanvar 2007 11:01 (UTC +04:00)
Bir-birindən ayrı düşmüş ailə üzvlərinin, münaqişə zamanı itkin düşən sənədlərin axtarılması məqsədilə ötən il Azərbaycan Qızıl Aypara Cəmiyyətinə (AQAC) 218 müraciət daxil olub. Cəmiyyətin axtarış xidmətinin rəhbəri Afət Mirzəzadə APA-ya bildirib ki, müraciətlərin 81-i axtarışların Azərbaycanın daxilində aparılmasını istəyib. Həmin müraciətlərin 44-ü miqrasiyaya dair, 5-i II Dünya Müharibəsi zamanı itkin düşənlərin, 9-u münaqişə zamanı itkin düşənlərin, 5-i II Dünya Müharibəsinə dair sənədlərin axtarışı, 1-i alimentin ödənilməsi üçün axtarışın aparılması, 2-i Dağlıq Qarabağda axtarışa dair (Dağlıq Qarabağ münaqişəsində itkin düşənlərin axtarışı ilə AQAÇ məşğul olmadığı üçün həmin sənədlər Beynəlxalq Qırmızı Xaç Komitəsinə təqdim edilib), 7-i münaqişə ilə bağlı sənədlərin axtarışı, 5-i miqrasiyaya dair sənədlərin axtarışı ilə bağlıdır. Ötən ilki müraciətlərin 137-i isə AQAC-a xarici ölkələrdən daxil olub. Onların 100-ü miqrasiyaya dair, 21-i II Dünya Müharibəsi zamanı, 1-i münaqişə nəticəsində itkin düşənlərin axtarışı, 4-ü II Dünya Müharibəsinə dair, 3-ü münaqişə, 5-i miqrasiyaya dair sənədlərin axtarışı, 1-i repressiya nəticəsində itkin düşənlərin axtarışı ilə bağlı olub. A. Mirzəzadə deyib ki, 2006-cı ildə 226 axtarış yekunlaşıb. Həmin axtarışların 76-ı Azərbaycan daxilində aparılıb. Onlardan miqrasiyaya nəticəsində itkin düşənlərin 24-nün axtarışı mənfi, 34-ü müsbət, alimentlə bağlı müraciətlərin 1-i müsbət, 1-i mənfi, münaqişə nəticəsində itkin düşənlərin 10-nun axtarışı mənfi, miqrasiyaya dair 1 sənədin axtarışı müsbət, 2-i mənfi, münaqişə ilə bağlı 1 sənədin axtarışı mənfi nəticələnib. Xaricdə isə AQAÇ 148 axtarışı yekunlaşdırıb. Bu axtarışların nəticəsində miqrasiya zamanı itkin düşənlərdən 23 nəfər tapılıb, 48 nəfərdən heç bir məlumat əldə edilməyib. II Dünya Müharibəsi zamanı itkin düşənlərin 47-nin axtarışı səmərəsiz olub, 3-ü tapılıb. Münaqişə nəticəsində itkin düşənlərdən 1-nin axtarışı müsbət, 3-nün axtarışı mənfi nəticələnib. Miqrasiyaya dair sənədlərin 1-nin axtarışı müsbət, II Dünya Müharibəsinə dair sənədlərin 2-nin axtarışı müsbət, 12-nin mənfi, münaqişə ilə bağlı 2 sənədin axtarışı mənfi, 1-i müsbət, evakuasiyaya dair müraciətlərin 2-i mənfi, repressiyaya dair müraciətlərin 1-i, ailənin bərpasına dair müraciətlərin 1-i müsbət həll edilib. Axtarış həyata keçirilən zaman AQAC Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Nazirlər Kabineti nəzdində Dövlət Arxivi İdarəsi ilə əməkdaşlıq edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR