Bank Of Baku

Sabunçu rayonu ərazisində ölümlə nəticələnən yanğın baş verib

Sabunçu rayonu ərazisində ölümlə nəticələnən yanğın baş verib
# 24 yanvar 2007 12:23 (UTC +04:00)
Bu gecə Sabunçu rayonu ərazisində ölümlə nəticələnən yanğın baş verib. Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə Əlaqə İdarəsinin mətbuat xidməti şöbəsindən APA-ya verilən məlumata görə, hadisə H.Sultanov küçəsi, 11-a ünvanında, Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Cəbiyev Oqtay Bəhər oğluna məxsus ümumi sahəsi 35 kvadrat metr olan 3 otaqlı evdə olub. Hadisə nəticəsində 1 otağın və dəhlizin yanar konstruksiyaları 25 kvadrat metr sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibinin anası, 1933-cü il təvəllüdlü Cəbiyeva Sürmə Məlik qızının meyiti aşkar olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar rayon prokurorluğunda təhqiqat aparılır. Hadisəbnin səbəbi və dəyən ziyan müəyyənləşdirilir./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR