Bank Of Baku

Ucarda yaşayış evində partlayış baş verib

Ucarda yaşayış evində partlayış baş verib
# 24 yanvar 2007 12:57 (UTC +04:00)
Dünən saat 10 radələrində Ucar şəhərinin Oğuz küçəsində yerləşən, 1947-ci il təvəllüdlü Kərimova Həqiqət Qulam qızına məxsus yaşayış evində partlayış baş verib. Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə Əlaqə İdarəsinin mətbuat xidməti şöbəsindən APA-ya verilən məlumata görə, hadisəyə səbəb maye qaz balonundan ehtiyatsız davranma olub. Nəticədə ümumi sahəsi 336 kvadrat metr olan 2 mərtəbəli ev və içindəki əşyalar tamam yanıb. Yanğın saat 12:00 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb. Qonşu evlər yanğından mühafizə olunub. Xəsarət alan yoxdur./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR