Bank Of Baku

Gəncədə fərdi yaşayış evində qaz sayğacı quraşdırılarkən partlayış baş verib

Gəncədə fərdi yaşayış evində qaz sayğacı quraşdırılarkən partlayış baş verib
# 24 yanvar 2007 13:03 (UTC +04:00)
Dünən saat 12:10-da Gəncə şəhəri, Nizami rayonu, A.Puşkin küçəsi-32 ünvanında yerləşən 1963-cü il təvəllüdlü Əsgərova Rahibə Talış qızına məxsus fərdi yaşayış evində qaz sayğacı quraşdırılarkən yanğınla nəticələnən partlayış baş verib. Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə Əlaqə İdarəsinin mətbuat xidməti şöbəsindən APA-ya verilən məlumata görə, nəticədə ümumi sahəsi 100 kvadrat metr olan 1 mərtəbəli evin çardağı 1 kvadrat metr sahədə yanıb. Hadisə zamanı 1986-cı il təvəllüdlü İbrahimov Ramin Ziyafət oğlu əllərindən və sifət nahiyəsindən birinci və ikinci dərəcəli yanıq xəsarəti alaraq Nizami rayon 3 saylı təcili tibbi yardım xəstəxanasına yerləşdirilib./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR