Bank Of Baku

Şəmkir rayon prokurorunun müavini Fuad Məmmədovun anasının qətli ilə bağlı şübhəli şəxs qismində heç kim saxlanılmayıb

Şəmkir rayon prokurorunun müavini Fuad Məmmədovun anasının qətli ilə bağlı şübhəli şəxs qismində heç kim saxlanılmayıb
# 24 yanvar 2007 13:08 (UTC +04:00)
Şəmkir rayon prokurorunun müavini Fuad Məmmədovun anası Fəridə Məmmədovanın qətli ilə bağlı şübhəli şəxs qismində heç kim saxlanılmayıb. Bunu APA-ya cinayət işinin araşdırıldığı Gəncə şəhər Prokurorluğunun müstəntiqi Akif Şıxıyev deyib. Müstəntiq bildirib ki, fakt üzrə araşdırma davam edir, şahidlər dindirilir. Qeyd edək ki, 1949-cu il təvəllüdlü F. Məmmədovanın meyiti yanvarın 22-də Gəncədəki mənzilindən tapılıb. Şəhərin R. Əliyev küçəsi 8 ünvanında yaşayan F. Məmmədovanın işgəncə ilə öldürüldüyü müəyyənləşib, meyitin üzərində zorakılıq faktları aşkarlanıb. İlkin versiyaya görə, quldurluq məqsədilə mənzilə daxil olan naməlum şəxs F. Məmmədovanı öldürüb. Mərhumun evindən müəyyən əşyalar oğurlanıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə və quldurluq maddələri ilə cinayət işi başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR