Bank Of Baku

Bu il Azərbaycan Tibb Universitetini bitirənlərin əksəriyyəti rayonlara təyinat alacaqlar

Bu il Azərbaycan Tibb Universitetini bitirənlərin əksəriyyəti rayonlara təyinat alacaqlar
# 24 yanvar 2007 15:04 (UTC +04:00)
Azərbaycan Tibb Universiteti rayon və kənd xəstəxanalarında həkim qıtlığını aradan qaldırmaq məqsədilə bu il məzunlarının təyinatını daha çox regionlarda yeni tikilən səhiyyə müəssisələrinə verəcək. Bu barədə APA-ya universitetin tədris hissə müdiri Nəsimi Qasımov məlumat verib. Onun sözlərinə görə, ötən ildən başlayaraq ATU rayon və kəndlərdə həkim qıtlığı probleminə xüsusi diqqət yetirərək həmin yerlərə təyinatı artırıb. 2005-ci ildə təyinatların 30%-i kəndlərə, 70%-i şəhərlərə verilsə də, ötən il bu rəqəm şəhərlər üçün 40, kəndlər üçün 60% olub. ATU məzunlarının bu il üçün təyinat bölgüsü isə hələ Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənməyib.
Qeyd edək ki, ATU-nun hər il 1100-1150 məzunu olur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR