Bank Of Baku

Gəncədə yeni qaz xətlərinin çəkilişinə başlanıb

Gəncədə yeni qaz xətlərinin çəkilişinə başlanıb
# 24 yanvar 2007 15:36 (UTC +04:00)
Gəncə şəhərində əhalinin təbii qazla təminatının yaxşılaşdırılması üçün Qaz İstismar İdarəsi yeni xətlərin çəkilişinə başlayıb. Bu barədə APA-nın Qərb bürosuna idarənin rəisi Adil Bağırov məlumat verib. Onun sözlərinə görə Avtozavod magistralından 114 mm-lik boru vasitəsilə 2000 poqonmetr məsafədə yeni xətt çəkiləcək və təxminən 2000 abonentin normal təzyiqli mavi yanacaqdan istifadə imkanı yaranacaq. Səbiskar magistralından 114 mm-lik 400 poqonmetr məsafədə çəkiləcək yeni xətt isə təxminən 400 abonentin təbii qaz problemini həll edəcək. Bundan başqa, idarə İsmət Qayıbov, Məhsəti, Gəncə küçələrində yaşayan abonentlərə keyfiyyətli xidmət göstərmək üçün bu ərazilərdə 57-lik boru ilə 100 poqonmetr yeni xətt çəkməyi planlaşdırır. Adil Bağırov bildirib ki, bundan sonra Gəncənin demək olar ki, bütün ərazilərində abonentlər normal təzyiqli mavi yanacaqdan istifadə edə biləcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR