Bank Of Baku

Səhiyyə Nazirliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə etiraz məktubu göndərib

Səhiyyə Nazirliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə etiraz məktubu göndərib
# 24 yanvar 2007 15:51 (UTC +04:00)
Səhiyyə Nazirliyi bir necə gün əvvəl bəzi mətbuat orqanlarında QİÇS-lə Mübarizə Mərkəzinə istinadən QİÇS-in epidemioloji vəziyyətinə dair yayılan məlumatları təkzib edib. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, mərkəz 2007-ci ildə respublikada QİÇS-in epidemioloji vəziyyətinə dair heç bir rəsmi açıqlama verməyib, buna görə də KİV-də gedən məlumatlar əsassız və yanlışdır: “Baş vermiş yanlışlığı aradan qaldırmaq məqsədilə mərkəz artıq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə etiraz məktubu göndərib. Respublikada QİÇS-lə bağlı epidemioloji vəziyyət haqda məlumatlar QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən 2006-cı il dekabrın 1-də KİV nümayəndələri üçün keçirilən mətbuat konfransı zamanı təqdim edilib”. Məlumatda bildirilir ki, ötən il noyabrın 27-dək Azərbaycanda HİV-ə yoluxanların sayı 1007, QİÇS-dən dünyasını dəyişən insanların sayı isə 111 nəfər olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR