Bank Of Baku

Füzulinin Qayıdış qəsəbəsində müəllimə özünü yandıraraq intihar edib

Füzulinin Qayıdış qəsəbəsində müəllimə özünü yandıraraq intihar edib
# 24 yanvar 2007 16:58 (UTC +04:00)
Füzuli rayonunun Qayıdış qəsəbəsində məskunlaşmış 1957-ci il təvəllüdlü məcburi köçkün İradə Təbriz qızı Quliyeva özünü yandıraraq intihar edib. APA-nın Qarabağ bürosunun məlumatına görə, İ.Quliyeva qəsəbədəki 1 saylı köçkün orta məktəbinin müəllimi idi. Məlumata görə, mərhum ölümündən əvvəl bildirib ki, məktəb direktoru İsmayıl Abbasov onu əsassız olaraq məktəbə buraxmadığına görə özünü öldürəcək.
Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. Cinayət işi Füzuli rayon prokurorunun köməkçisi Mətləb Ağayevin icraatına verilib. M.Ağayev APA-ya açıqlamasında bildirib ki, artıq hadisə yerinə baxış keçirilib, meyitin daxili və xarici müayinəsi aparılıb. Faktla bağlı mətbuata bu gün geniş açıqlama veriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR