Bank Of Baku

BQXK əməkdaşları erməni əsirliyində olan Azərbaycan əsgəri Samir Məmmədova 7-ci dəfə baş çəkiblər

BQXK əməkdaşları erməni əsirliyində olan Azərbaycan əsgəri Samir Məmmədova 7-ci dəfə baş çəkiblər
# 25 yanvar 2007 08:43 (UTC +04:00)
Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Gülnaz Quliyeva məlumat verib. G. Quliyeva bildirib ki, bu, qurum əməkdaşlarının əsirlə 7-ci görüşüdür. Komitənin nümayəndələri azərbaycanlı hərbçiyə ailəsinin 4-cü məktubunu çatdırıblar.
Qeyd edək ki, Qazaxdakı “N” saylı hərbi hissədə xidmət edən kiçik çavuş S.Məmmədov hərbi xidmətə 1 il əvvəl Bərdə Hərbi Komissarlığından çağırılıb. S.Məmmədov dekabrın 24-də xidmət etdiyi hərbi hissədən 15 km aralıda, neytral zonada Qazax-İcevan sərhədində əsir götürülüb. Azərbaycanlı hərbçinin üzərində silah-sursat olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR