Bank Of Baku

Gəncə şəhər icra hakimiyyətində keçirilən müşavirədə şəhərin bəzi rəhbər şəxslərinə işdə yol verdikləri nöqsanlarla əlaqədar xəbərdarlıq edilib

Gəncə şəhər icra hakimiyyətində keçirilən müşavirədə şəhərin bəzi rəhbər şəxslərinə işdə yol verdikləri nöqsanlarla əlaqədar xəbərdarlıq edilib
# 25 yanvar 2007 09:47 (UTC +04:00)
Gəncə şəhər icra hakimiyyətində keçirilən müşavirədə şəhərin bəzi rəhbər şəxslərinə işdə yol verdikləri nöqsanlarla əlaqədar xəbərdarlıq edilib. APA-nın Qərb bürosunun məlumatına görə, toplantı prezident İlham Əliyevin sədrliyi ilə ötən ilin yekunlarına və 2007-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlərin təhlilinə həs olunub. Şəhərin bütün idarə və müəssislərinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirə də çıxış edən şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov bir sıra müəssisə və qurumların rəhbərlərinə ciddi xəbərdarlıq edib. Tarif Şurasının müvafiq qərarı olmadan bir müddət Gəncədə şəhərdaxili marşrutlarda gediş qiymətinin qaldırılması ilə əlaqədar Gəncə 1 saylı Regional Nəqliyyat Departamentinin direktoru Şəmistan Nağıyev ciddi xəbərdarlıq alıb. Eldar Əzizov adı çəkilən şəxsə Tarif Şurasının qərarı olmadan şəhər daxilində sərnişin daşımada gediş haqqının qaldırılmamağı tapşırıb və bu sahədə mövcud nöqsanları aradan qaldırmağı tələb edib. Bundan başqa müşavirədə işində yol verdiyi nöqsanlara görə Gəncə şəhər qaz istismar idarəsinin rəisi Adil Bağırova ciddi xəbərdarlıq edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR