Bank Of Baku

Ötən il Azərbaycanda baş vermiş 3197 yol qəzası nəticəsində 1027 nəfər həlak olub, 3606 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb

Ötən il Azərbaycanda baş vermiş 3197 yol qəzası nəticəsində 1027 nəfər həlak olub, 3606 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb
# 25 yanvar 2007 09:56 (UTC +04:00)
Qəzalar nəticəsində 1027 nəfər həlak olub, 3606 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 2005-ci illə müqayisədə hər üç göstərici üzrə cüzi də olsa azalma müşahidə olunub. Qəzaların 1403-ü piyadavurma (43,9%), 1103-ü toqquşma, 315-i aşma, 269-u maneə vurmadır. Qeydə alınmış yol-nəqliyyat hadisələrinin 92,3 faizi (2952) sürücülərin günahı üzündən baş verib. Belə ki, hadisələrin 43%-i avtomobilin yüksək sürətlə idarə olunması, 22,3%-i ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 7,7%-i yol ayrıcını keçmə qaydalarını pozma, 3%-i avtomobilin sərxoş vəziyyətdə idarə olunması, qalanları isə digər qanun pozuntuları nəticəsində baş verib. Ötən il ərzində qeydə alınan yol qəzaları zamanı 108 uşaq və yeniyetmə ölüb, 362-si yaralanıb. Ölənlərin 65-i, yaralıların isə 214-ü piyadadır. Qəzalar zamanı dünyasını dəyişənlərin 221-ni, yaralıların isə 928-ni qadınlar təşkil edir. Qeydə alınan 3197 yol qəzasının 389-u avtobus sürücüləri tərəfindən törədilib. Bu hadisələr zamanı isə 114 nəfər ölüb, 539 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtobus sürücüləri tərəfindən törədilən qəzaların 71-i piyadaların günahı üzündən, 39-u isə küçə və yolların qeyri-kafi vəziyyəti səbəbindən baş verib. Hesabat dövründə 745 min yol hərəkət qaydası pozuntusu qeydə alınıb. Bu isə 2005-ci illə müqayisədə 52,9% çoxdur. Qayada pozuntularının 20 mindən çoxu sərxoş sürücülər tərəfindən törədilib. Qaydaları pozduğu üçün 152 min sürücü yerində cərimə olunub, 2839 sürücü sürücülük hüququndan müxtəlif müddətlərdə məhrum edilib. Avtomobillərin mühərriklərində işlənmiş qaz illik normadan artıq olduğu üçün 11 min 255 sürücü barəsində inzibati qaydada tədbir görülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR