Bank Of Baku

Ötən il ölkədə oğurlanmış və qaçırılmış 167 avtomobildən 155-i tapılıb

Ötən il ölkədə oğurlanmış və qaçırılmış 167 avtomobildən 155-i tapılıb
# 25 yanvar 2007 10:14 (UTC +04:00)
Ötən il yol polisi əməkdaşları tərəfindən müxtəlif cinayətlərə görə axtarışda olan 31 nəfər saxlanılaraq, hüquq-mühafizə orqanlarına təhvil verilib. Bu barədə APA-ya məlumat verən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Ərəstun Məcidov bildirib ki, hesabat dövründə 34 fakt üzrə 6 kiloqram 896 qram narkotik maddə aşkarlanıb, həmçinin yol polis əməkdaşları tərəfindən 15 “Kalaşnikov” avtomatı, 9 müxtəlif markalı tapança, 31 tüfəng, 2 qumbara, 1 mina atan, 6 mindən çox müxtəlif kalibrli patron götürülüb. Nəqliyyat vasitələrinin oğurlanması və qaçırılması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə 167 məlumat daxil olub. Bu cinayətlərin 92,8 faizi açılıb. Belə ki, qaçırılmış avtomobillərdən 155-i tapılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR