Bank Of Baku

2006-cı ildə 30-dək yol polisi daxili işlər orqanlarından xaric edilib

2006-cı ildə 30-dək yol polisi daxili işlər orqanlarından xaric edilib
# 25 yanvar 2007 10:16 (UTC +04:00)
Bu barədə APA-ya məlumat verən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Ərəstun Məcidov bildirib ki, 9 yol polisi əməkdaşı digər xidmət sahələrinə keçirilib, 200-dən çox əməkdaş isə intizam qaydasında cəzalandırılıb. Şöbə rəisinin sözlərinə görə, ötən il yol polisi əməkdaşları sırasında cinayət məsuliyyətinə cəlb edilənlər olmayıb.
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinə daxil olan strukturlarda 1971 nəfər çalışır. Onlardan 1215-i Yol Patrul Xidmətinin əməkdaşıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR