Bank Of Baku

Natalya Naroçniskaya: “Türk xalqları arasında türkçülük ideologiyasının yayılması Rusiya üçün ciddi təhlükədir”

Natalya Naroçniskaya: “Türk xalqları arasında türkçülük ideologiyasının yayılması Rusiya üçün ciddi təhlükədir”
# 25 yanvar 2007 10:20 (UTC +04:00)
“Türk xalqları arasında türkçülük ideologiyasının yayılması Rusiya üçün ciddi təhlükədir”. Bu fikirlər Tarix elmləri doktoru Natalya Alekseyevna Naroçniskayanın “Rusiya və ruslar dünya tarixində” kitabında öz əksini tapıb. APA-nın məlumatına görə, geosiyasi tarix müstəvisində Rusiyanın mövqeyi ilə bağlı şovinist fikirlərin açıqlandığı kitabda həmçinin, ermənilərin “soyqırıma” məruz qalmaları barədə də qərəzli mülahizələr yer alıb. Naxçıvan və Qarabağın tarixi erməni əraziləri olduğunu iddia edən Natalya Naroçniskayanın sözlərinə görə, “azərbaycanlılar türklərin əlində ermənilərə qarşı bir alətdir”¦Tarixi Rusiya dövlətinin federasiyalaşması onunla nəticələndi ki, keçən əsrlərdə xristianlara- ermənilərə məxsus olan Qafqaz və Xəzər nefti, SSRİ-nin dağılmasından sonra XX əsrin axrında türk-islam respublikalarının - Azərbaycan və Çeçenistanın əlinə keçdi”. Qeyd edək ki, Natalya Naroçniskaya 1982-1989-cu illərdə Nyu-Yorkda BMT-nin Katibliyində çalışdığı zaman Amerikanın Erməni Assambleyasının fəalları ilə mütəmadi təmaslarda olub. Bu tarixçinin tanınmış Amerika ermənilərdən Luiz Simon Manukyan, Nyu-Yorkdakı “Karneqi” xeyriyyə korporasiyasının sədri Vardan Qriqoryan və milyarder Cerald Qəfəscyanın yaxınları ilə işgüzar münasibətləri var. Hazırda Rusiya Elmlər Akademiyasının aparıcı elmi əməkdaşı, RF Dövlət Dumasının deputatı olan Natalya Naroçniskayanın “Rusiya Erməniləri İttifaqı”nın vitse-prezidenti Vyaçeslav Qalustyanla isti münasibətləri olduğu bildirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR