Bank Of Baku

Bakı-Naxçıvan-Bakı reysini həyata keçirən təyyarələrin uçuşunda fasilə yaranıb

Bakı-Naxçıvan-Bakı reysini həyata keçirən təyyarələrin uçuşunda fasilə yaranıb
# 25 yanvar 2007 10:21 (UTC +04:00)
Bu gün Bakı-Naxçıvan-Bakı reysini həyata keçirən təyyarələrin uçuşunda fasilə yaranıb. “Azərbaycan Hava Yolları” Dövlət Konsernindən APA-ya bildirilib ki, hava şəraiti ilə əlaqədar yaranmış fasilə saat 13.00 radələrində aradan qaldırılıb. Belə ki, dumanlı hava şəraiti ilə əlaqədar Bakıdan Naxçıvana uçmalı olan ilk təyyarənin uçuşu saat 13.00 radələrində mümkün olub. Konserndən bildirilib ki, qış aylarında Bakı-Naxçıvan-Bakı istiqamətində həyata keçirilən reyslərdə gecikmələrin olması təbiidir: “Hava dumanlı olduğundan bəzi hallarda reyslərdə bir neçə saatlıq ləngimələr olur. Bununla belə, gün ərzində reyslərin hamısı həyata keçirilir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR