Bank Of Baku

“Təmiz Dünya” İctimai Birliyi: “Azərbaycanda HİV/AİDS virusunun geniş yayılması ehtimalı var”

“Təmiz Dünya” İctimai Birliyi: “Azərbaycanda HİV/AİDS virusunun geniş yayılması ehtimalı var”
# 25 yanvar 2007 10:36 (UTC +04:00)
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycanda HİV/AİDS virusunun yayılma hallarının artması ilə bağlı bəyanatla çıxış edib. APA-ya daxil olan bəyanatda bildirilir ki, Rusiyada əmək miqrantlarının fəaliyyətinin məhdudlaşdırılmasından sonra soydaşlarımızın Azərbaycana qayıtması bu virusun daha geniş yayılmasına səbəb ola bilər: “Dünya Səhiyyə Təşkilatının məlumatına görə, Rusiya əhalisinin 5 milyonu HİV/AİDS virusunun daşıyıcısıdır. Dünya Bankının verdiyi məlumata əsasən bu infeksiya 2010-cu ildə Rusiya iqtisadiyyatında 4,15%, 2020-ci ilə qədər isə 10,5% Ümumi Daxili Məhsul itkisinə səbəb olacaq. Hesab edirik ki, bu rəqəmlər mümkün fəlakət haqqında yalnız cüzi təsəvvür yaradır. Bundan əlavə, nəzərə alaq ki, soydaşlarımız təkcə Rusiyada deyil, başqa xarici ölkələrdə də yaşayırlar və digər əcnəbilərlə yanaşı, ölkəmizə müxtəlif məqsədlərlə səfərlər edirlər. Bu baxımdan ölkəyə daxil olan istər yerli, istərsə də əcnəbi vətəndaşların tibbi yoxlamadan keçməsini nəzərdə tutan qanunvericilik aktı təsis olunmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR