Bank Of Baku

Xətai rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib

Xətai rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib
# 25 yanvar 2007 11:01 (UTC +04:00)
Xətai rayonu ərazisində, Gəncə prospekti 23-də ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Ağsu rayon sakini İlham Qarayev idarə etdiyi “PAZ” markalı 10 TB 442 dövlət nömrə nişanlı 242 saylı xətt üzrə işləyən “Azər Avto” şirkətinə məxsus avtobusla 69 yaşlı Yavuz Kərimovu vurub. Piyada hadisə yerində keçinib. Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR