Bank Of Baku

Dərbənddə ölkəsinə getmək istəyən 50 Gürcüstan vətəndaşı saxlanılıb

Dərbənddə ölkəsinə getmək istəyən 50 Gürcüstan vətəndaşı saxlanılıb
# 25 yanvar 2007 11:12 (UTC +04:00)
Rusiyadan Azərbaycan ərazisinə keçməklə Gürcüstana getmək istəyən gürcülərin Dərbənd şəhərində kütləvi saxlanması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. Dağıstanın Prezident Aparatından APA-nın yerli bürosuna verilən məlumata görə, Rusiyadan deportasiya edilmiş Gürcüstan vətəndaşlarının sərhədi keçmək üçün tələb olunan sənədləri qaydasında olmayıb. Buna görə də Dərbəndin hüquq-mühafizə orqanları həmin şəxslərdən bir müddət Dağıstanı tərk etməməyi tələb edib. Sonradan Gürcüstan vətəndaşlarının əksəriyyəti öz ölkələrinə buraxılıblar: "Rusiyadan deportasiya edilmiş Gürcüstan vətəndaşları bilməlidirlər ki, Dağıstan Rusiya ərazisidir və burada onlara münasibət Moskvadakı kimi olacaq". Dərbənd şəhər icra hakimiyyətinin əməkdaşı APA-nın Dağıstan bürosuna açıqlamasında Dərbənddə 50 nəfərdən çox Gürcüstan vətəndaşının saxlanıldığını təsdiqləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR