Bank Of Baku

Respublika Göz Xəstəlikləri İnstitutu Lənkəranda növbəti xeyriyyə aksiyası keçirib

Respublika Göz Xəstəlikləri İnstitutu Lənkəranda növbəti xeyriyyə aksiyası keçirib
# 25 yanvar 2007 11:42 (UTC +04:00)
Akademik Zərifə Əliyeva adına Respublika Göz Xəstəlikləri İnstitutunun səyyar klinikası yanvarın 23-24-də Lənkəranda növbəti xeyriyyə aksiyası keçirib. APA-nın cənub bürosunun məlumatına görə, institutun direktoru, professor Elmar Qasımovun rəhbərliyi ilə təcrübəli həkim briqadası iki gün ərzində göz xəstəliklərindən əziyyət çəkən 400-ə yaxın rayon sakininə təmənnasız tibbi baxış keçirib, daha 27 nəfərin üzərində isə cərrahiyə əməliyyatı aparılıb. Professor E. Qasımov xeyriyyə aksiyasının görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin anadan olmasının 110 illik yubileyinə həsr edildiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR