Bank Of Baku

Gənclər Günü münasibətilə paytaxtda silsilə tədbirlər keçiriləcək

Gənclər Günü münasibətilə paytaxtda silsilə tədbirlər keçiriləcək
# 25 yanvar 2007 12:02 (UTC +04:00)
2 fevral - Gənclər Günü ilə bağlı Bakı şəhər Gənclər və İdman Baş İdarəsi bir sıra tədbirlər keçirməyi planlaşdırıb. İdarənin gənclərlə iş sektorunun rəisi Nəcəf Novruzovun APA-ya verdiyi məlumata görə, Gənclər Günü münasibəti ilə yanvarın 31-də “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda qısametrajlı film müsabiqəsinə yekun vurulacaq. Müsabiqənin yekunu ilə bağlı qaliblər elan olunacaq və onlara mükafatlar təqdim ediləcək. Fevralın 1-də isə idarənin təşkilatçılığı ilə Bakı Yaxta Klubunda 100-dək gəncin iştirakı ilə konsert keçiriləcək. Gənclər Günündə isə saat 12.00-dan 17.00-a kimi Fəvvarələr meydanında xüsusi aksiyanın keçirilməsi nəzərdə tutulub. Aksiya zamanı bağda olan gənclərə gül və Gənclər Günü ilə bağlı hazırlanmış xüsusi təqvimlər təqdim olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR