Bank Of Baku

Füzuli rayonunun Qayıdış qəsəbəsindəki 1 saylı köçkün məktəbinin müəlliməsinin ölümü ilə bağlı məktəb direktoru saxlanılıb

Füzuli rayonunun Qayıdış qəsəbəsindəki 1 saylı köçkün məktəbinin müəlliməsinin ölümü ilə bağlı məktəb direktoru saxlanılıb
# 25 yanvar 2007 12:23 (UTC +04:00)
Füzuli rayonunun Qayıdış qəsəbəsindəki 1 saylı köçkün məktəbinin müəlliməsi İradə Quliyevanın ölümü ilə bağlı məktəbin direktoru İsmayıl Abbasov şübhəli şəxs qismində saxlanılıb. Bu barədə APA-ya Fizuli rayon prokurorunun köməkçisi Mətləb Ağayev məlumat verib. M. Ağayev bildirib ki, hələlik direktor barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilməyib. İstintaqın nəticəsindən asılı olaraq, direktorun təqsirləndirilən qismində cəlb olunub-olunmaması həll olunacaq.
Qeyd edək ki, Qayıdış qəsəbəsində məskunlaşmış 1957-ci il təvəllüdlü məcburi köçkün İradə Təbriz qızı Quliyeva dünən özünü yandıraraq intihar edib. Məlumata görə, mərhum ölümündən əvvəl bildirib ki, məktəb direktoru İsmayıl Abbasov onu əsassız olaraq məktəbə buraxmadığına görə özünü öldürəcək. Faktla bağlı Füzuli rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. Cinayət işi Füzuli rayon prokurorunun müstəntiqi Əlabbas Ağayevin icraatına verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR