Bank Of Baku

“Təhsil haqqında” qanun layihəsi təhsillə bağlı bütün strukturların geniş müzakirəsinə veriləcək

“Təhsil haqqında” qanun layihəsi təhsillə bağlı bütün strukturların geniş müzakirəsinə veriləcək
# 25 yanvar 2007 13:25 (UTC +04:00)
“Təhsil haqqında” qanun layihəsi Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və təhsillə bağlı digər strukturların geniş müzakirəsinə veriləcək. APA-nın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova deyib. Onun sözlərinə görə, layihə artıq müzakirəyə hazırdır: “Keçiriləcək müzakirələr bizə imkan verəcək ki, qanun layihəsini yaz sessiyasında Milli Məclisin müzakirəsinə çıxaraq”. Layihənin artıq yaz sessiyasının gündəliyinə salındığını açıqlayan B. Muradova bildirib ki, MM “Yaşlıların təhsili haqqında”, “Əlillərin təhsili haqqında”, “Orta təhsil haqqında” qanun layihələrini də müzakirəyə çıxarmağı nəzərdə tutur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR