Azərbaycanın bir sıra KİV nümayəndəsi Türkiyənin Qars və İqdır şəhərlərində səfərdədir
28 yanvar 2007 18:58 (UTC +04:00)
İqdır bələdiyyəsinin təşəbbüsü ilə təşkil olunan səfəri Azərbaycan iqtisadiyyatına sərmayə yatıran iki iqdırlı iş adamından biri, “Mister Fix” şirkətinin rəhbəri Cəfərəli Taşbağ maliyyələşdirir. İqdır bölgəsiə səfər məhz Cəfərəli Taşbağla görüşdən başlayıb. Nümayəndə heyətini qəbul edən cənab Taşbağ bölgələr arasında əlaqələrin inkişafında kütləvi informasiya vasitələrinin mühüm rol oynadığını, bu baxımdan azırbaycanlı jurnalistlərin İqdıra səfərinin bğlgənin tanıtımı baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirib. Daha sonra İqdırda azərbaycanlı jurnalistlərin şərəfinə ziyafət verilib. Ziyafətdə çıxış edən İqdır valisi Saffet Karahisarlı bir müddət əvvəl Azərbaycanın Şamaxı şəhəri ilə İqdırın qardaşlaşması haqqında protokol imzalandığını, bu səbəblə Azərbaycana səfər etdiyini deyib. Azərbaycana səfərinin nəticələrindən razı qaldığını deyən İqdır valisi iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün geniş imkanlar olduğunu, bu çərçivədə İqdırla Naxçıvan arasında əlaqələrin xüsusi önəm daşıdığını bildirib. Tədbirdə çıxış edən İqdır bələdiyyə başqanı Nurəddin Aras, Azərbaycan və İqdır kütləvi informasiya vasitlələrinin təmsilşiləri səfərin xüsusi əhəmiyyət kəsb etdiyini, bölgənin tanıtımı və əlaqələrin qurulması baxımından mühüm rol oyanayacağını bildiriblər. Qeyd edək ki, səfər proqramına bələdiyyə başqanı Nurəddin Aras, ötən əsrin əvvəllərində ermənilər tərəfindən kütləvi qırğınlar törədilən Hakmehmet kəndi ilə tanışlıq, ermənilər tərəfindən qətlə yetirilən türklərin xatirəsinə uzaldılmış abidəni ziyarət, İrəvan Türkləri Dərnəyinin rəhbərliyi ilə görüş, İqdır Ticarət Sənaye Odası başqanı Kamil Arslanla görüş, İqdırda keçirilın Aşura mərasimində iştirak, tarixi Karakale ilə tanışlıq daxildir. Bundan başqa nümayəndə heyəti Qarsa səfər edəcək, bölgə ilə yaxından tanış olacaqlar. APA
Hadisə
Goranboyda inzibati binadan oğurluğa görə mühafizəçi saxlanılıb
17:41
6 may 2024
Naxçıvanın sabiq komitə sədrinin məhkəməsi başlayır
15:55
6 may 2024
Anasını öldürməkdə təqsirləndirilən şəxsin istintaqı tamamlanıb
15:53
6 may 2024
Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıb
15:24
6 may 2024