Avropa İttifaqının təhlükəsizlik sahəsində gücləndirilməsi Rusiyaya qarşı yönəlib.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ukraynanın Aİ-yə daxil edilməsi birliyin hərbiləşdirilməsini müdafiə edənlər tərəfindən istifadə edilə bilər.
Eyni zamanda Lavrov vurğulayıb ki, Ukrayna Avropa İttifaqına qoşularsa, Aİ sadəcə dağılacaq.
"Aİ-nin daxili problemləri baxımından, bəlkə də Ukraynanın ora qoşulması pis fikir deyil. O zaman onlar sadəcə dağılacaqlar", - Rusiya XİN başçısı fikrini yekunlaşdırıb.