Bank Of Baku

Güclü qasırğa nəticəsində Ağdam, Bərdə və Tərtər rayonları işıqsız qalıb

Güclü qasırğa nəticəsində Ağdam, Bərdə və Tərtər rayonları işıqsız qalıb
# 29 yanvar 2007 11:51 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, qasırğa nəticəsində Ağdamda yaşayış evlərinin, ictimai binaların və yeni salınmış qəsəbələrdə bir neçə məktəbin dam örtüyü tamamilə və ya qismən sıradan çıxıb. Bərdədə çoxmərtəbəli yaşayış evlərinə zərər dəyib, ictimai binalardan bir neçəsinin dam örtüyü dağılıb. Tərtərin Qapanlı, Qazyan, Hacıqərvənd və Mamırlı kəndlərində orta məktəb binalarının və yaşayış evlərinin dam örtüyü sıradan çıxıb. Bərdədəki keçmiş Kapron Məhsullar Zavodunun həyətində məskunlaşmış məcburi köçkünlərdən birinin evi də eyni zərər görüb. Qeyd edək ki, təbii fəlakət nəticəsində bölgədə rabitə və elektrik dirəkləri sıradan çıxıb, əhali işıqsız qalıb. Xoşbəxtlikdən yanğın və tələfat hadisəsi qeydə alınmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR