Bank Of Baku

“Gənc Liderlər” uşaq hüquqları ilə bağlı ənənəvi aylıq sorğunun nəticələrini açıqlayıb

“Gənc Liderlər” uşaq hüquqları ilə bağlı ənənəvi aylıq sorğunun nəticələrini açıqlayıb
# 29 yanvar 2007 12:08 (UTC +04:00)
“Gənc Liderlər” Uşaq Təşkilatı yanvar üçün ayı uşaq hüquqları ilə bağlı ənənəvi aylıq sorğunun və monitorinqlərin nəticələrini açıqlayıb. “Gənc Liderlər” təşkilatından APA-ya daxil olan məlumata görə, sorğu Bakıda 500-dən artıq respondent arasında keçirilib. Sorğuda iştirak edənlərin 45 faizi uşaqlar və yeniyetmələr, 40 faizi yaşı 18-dən yuxarı olanlar, qalan 15 faizi isə ictimai xadimlər olub. Monitorinqləri isə təşkilatın informasiya departamenti aparıb.
Yanvar ayında uşaq hüquqları ilə məşğul olan ən fəal dövlət qurumları Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Ombudsman Aparatı olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə ən passiv dövlət qurumu olub. Uşaq hüquqları ilə bağlı aktiv təbliğat aparan KİV sırasında isə APA-nın , həmçinin “Kaspi”, “Üç nöqtə”, “Xalq Cəbhəsi” və “Gündəlik Azərbaycan” qəzetlərinin, “day.az” və “xxeber.com” qalib seçilib. Millət vəkillərindən isə Qənirə Paşayeva, Məlahət Həsənova, Adil Əliyev, Fuad Muradov sorğunun qalibi olub. Bu sahədə ən passiv millət vəkili adına Ağacan Əbiyev layiq görülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR