Bank Of Baku

Bakıda minimum 70 min tamaşaçı tutumu olan stadion tikiləcək

Bakıda minimum 70 min tamaşaçı tutumu olan stadion tikiləcək
# 31 yanvar 2007 14:41 (UTC +04:00)
Azərbaycanın 2016-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istədiyini söyləyən GİN rəsmisinin sözlərinə görə, bu səbəbdən Beynəlxalq Olimpiya Komitəsinin qaydalarına əsasən, Olimpiya Oyunlarının açılış mərasimi 70 mindən çox tamaşaçı tutumuna malik stadionda keçirilməlidir: “Yeni stadionun Bakı Sumqayıt, Bakı Ələt və ya Olimpiya şəhərciyinin tikiləcəyi ərazidə inşa edilməsi nəzərdə tutulub. Arenanın inşasına nə zaman başlanılacağı isə sentyabrda Olimpiada ilə bağlı sənədləşmə işlərinin birinci mərhələsi bitdikdən sonra bilinəcək. Azərbaycan bu mərhələdən keçdikdən sonra 2008-ci ilin büdcəsindən stadionun tikintisinə vəsait ayrılacaq”. R.Abbasov bildirib ki, ölkəmizin 2016-cı il Olimpiya Oyunları üçün namizədliyi qeydə alınmasa da, Olimpiya standartlarına cavab verən stadion tikiləcək: “Bu, Azərbaycan hökumətinin Olimpiya Oyunlarının Bakıda təşkilinə nail olanadək namizədliyini verəcəyi ilə bağlıdır”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR