Bank Of Baku

Milli Televiziya və Radio Şurasının son iclasında ANS-in təsisçiləri iştirak edib

Milli Televiziya və Radio Şurasının son iclasında ANS-in təsisçiləri iştirak edib
# 31 yanvar 2007 15:01 (UTC +04:00)
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS televiziyası və ANS ÇM radiosunun tezliyi üzrə elan olunan tenderin nəticələri ilə bağlı hazırlıq iclası keçirilib. Bu barədə APA-ya açıqlama verən MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, iclasda ANS-lə bağlı yaranmış vəziyyət müzakirə olunub: “ANS-in təsisçiləri olan Vahid Mustafayev, Seyfulla Mustafayev və Mirşahin Ağayevin iştirak etdiyi iclasda onlarla bağlı iradlarımızı bildirdik. Nəyə görə, ANS telekanalı ilə bağlı vəziyyətin bu həddə gəlib çatdığını izah etdik. İclasda, həmçinin ANS-in tender dövründəki fəaliyyəti də müzakirə olunub. Qarşı tərəf bizim irad və təkliflərimizi normal qarşılayıb”. N.Məhərrəmli danışıqların qənaətbəxş keçdiyini və ANS-in müraciətinə normal baxacağını, vəziyyətdən çıxış üçün yollar axtaracaqlarını deyib. MTRŞ sədri yaxın günlərdə tenderin nəticələri ilə bağlı qərar çıxaracağını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR